Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Azərbaycan MN: "Ermənistan silahlı qüvvələri zərbə PUA-ları tətbiq edir"

Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində zərbə PUA-ları tətbiq edib.
Sputnik
BAKI, 12 may — Sputnik. Mayın 12-si saat 11:30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində zərbə PUA-ları tətbiq edib.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Ermənistan tərəfi növbəti dəfə təxribat törədərək vəziyyəti yenidən gərginləşdirir.
Ordumuzda şəxsi heyət və texnika sarıdan itki yoxdur.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələri bölmələrinin mayın 11-də qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlunun şəhid olduğu barədə məlumat yayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.