HADİSƏ

Şəmkirə güclü dolu yağıb, meyvə ağaclarına zərər dəyib

Hazırda ərazidə yağıntılı hava şəraiti davam edir.
Sputnik
BAKI, 11 may - Sputnik. Mayın 11-də Şəmkir rayonunun mərkəzinə, Zəyəm, Zəyəm Cırdaxan, Şiştəpə, Dəllər və digər yaxın kəndlərə güclü dolu leysan xarakterli yağış yağıb.
"Report"un məlumatına görə, dolu meyvə ağaclarına, təsərrüfata zərər vurub.
Bundan başqa, avtomobil yollarında nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb.
Hazırda ərazidə yağıntılı hava şəraiti davam edir.