RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya MN: Xerson vilayətində Ukraynaya məxsus Su-25 təyyarəsi məhv edilib

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi həmçinin bildirib ki, USQ-nin 124-cü ərazi müdafiə briqadasının silah-sursat anbarı da sıradan çıxarılıb.
Sputnik
BAKI, 11 may — Sputnik. Rusiya hərbçiləri Xerson vilayətində Ukraynaya məxsus Su-25 hücum təyyarəsini məhv ediblər.
Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov deyib.
"Xerson vilayətinin Çernovıy Mayak yaşayış məntəqəsi ərazisində hava hücumundan müdafiə sistemləri ilə Ukrayna Su-25 təyyarəsi məhv edilib", - deyə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Onun sözlərinə görə, gün ərzində Rusiya ordusu 12 "HIMARS" reaktiv yaylım atəşi sisteminin mərmilərini ələ keçirib və 12 Ukrayna pilotsuz təyyarəsini məhv edib.
"Rusiya Silahlı Qüvvələrinin (RSQ) qoşun qruplarının əməliyyat-taktiki və ordu aviasiyası, raket qoşunları və artilleriyası sutka ərzində 123 rayonun atəş mövqelərində Ukrayna Silahlı Qüvvələrin (USQ) 96 artilleriya bölməsini, canlı qüvvəsini və texnikasını darmadağın edib", - deyə Konaşenkov qeyd edib.
O bildirib ki, xüsusi hərbi əməliyyat başlayandan indiyədək ümumilikdə Ukraynanın 421 təyyarəsi, 230 helikopteri, 4074 pilotsuz təyyarəsi, 421 zenit-raket kompleksi, 9069 tank və digər döyüş zirehli maşınları, 1098 reaktiv yaylım atəşi sisteminin döyüş maşını, 4787 səhra artilleriya və minaatan silahları, həmçinin 10124 ədəd xüsusi hərbi avtomobil texnikası məhv edilib.
General-leytenant bundan əlavə bildirib ki, Rusiya qoşunları Xerson bölgəsində həmçinin Ukrayna Silahlı Qüvvələrinin 124-cü ərazi müdafiə briqadasının silah-sursat anbarını məhv edib.
"Xerson şəhərinin ərazisində 124-cü ərazi müdafiə briqadasının silah-sursat anbarı məhv edilib", - deyə Nazirliyin rəsmi nümayəndəsi qeyd edib.
Bundan əlavə, Konaşenkov bildirib ki, "Xerson istiqamətində atəş nəticəsində gündə 20-yə qədər ukraynalı hərbçi, 3 avtomobil, ABŞ istehsalı olan M777 artilleriya sistemi, "Msta-B" haubitsası, həmçinin "Qvozdika" özüyeriyən artilleriya qurğusu məhv edilib.