VİDEO

Ermənistan regionda sülhü istəməyən qüvvələrin əlaltısına çevrilib – Politoloq

Politoloq İlyas Hüseynov bildirir ki, Ermənistan regionda sülhü istəməyən qüvvələrin əlaltısı kimi müxtəlif təxribatları həyata keçirməkdə maraqlı görsənir.
Sputnik
Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.
Qeyd etmək lazımdır ki, bu təxribatlar mayın 14-də liderlərin Brüseldə keçirilməsi planlaşdırılmış üçtərəfli görüşündən öncə baş verib.
Sputnik Azərbaycan Brüssel görüşü öncəsi sərhəddə baş vermiş hərbi toqquşmalarla bağlı politoloq İlyas Hüseyovun fikirlərini öyrənib.
Politoloq İlyas Hüseynov bildirib ki, Azərbaycanın şərtləri böyük ölçüdə təmin olunduğu üçün Brüssel görüşünə razılıq ifadə olunub.
Onun sözlərinə görə, Brüssel görüşündən öncə gərginliyin baş verməsi göstərir ki, regionda sülh dayanıqlı deyil və kövrək təhlükəsizlik sistemi var: "Təxribatın baş verməsinə rəğmən Brüssel görüşü baş tutacaq. Lakin heç şübhəsizdir ki, bu gün Cənubi Qafqaz regionu uğrunda siyasi-diplomatik mübarizə gedir. Ermənistan regionda sülhü istəməyən qüvvələrin əlaltısı kimi müxtəlif təxribatları həyata keçirməkdə maraqlı görsənir".