CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN kibercinayətkarlıqla bağlı vətəndaşlara müraciət edib

Nazirlik vətəndaşlara müraciət edərək, belə dələduzlara inanıb kart məlumatlarını təqdim etməməyə çağırıb
Sputnik
BAKI, 11 may — Sputnik. Son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslər tərəfindən alqı-satqı saytlarında elan yerləşdirən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə və ya tətbiqlər vasitəsilə yazmaqla məhsulu alacağı vədini verərək guya pul köçürmək məqsədilə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir.
Bu barədə DİN-dən verilən məlumatda bildirilib.
Nazirlik vətəndaşlara müraciət edərək, belə şəxslərə inanıb kart məlumatlarını təqdim etməməyə çağırıb.
"Vətəndaşlar kibercinayətkarlıqla üzləşdikləri təqdirdə isə DİN-in "102" Xidməti-Zəng Mərkəzinə, o cümlədən ərazi polis orqanına və ya sosial şəbəkələrdəki səhifələrimizə müraciət edə bilərlər" - deyə müraciətdə qeyd olunub.