HADİSƏ

Cəlilabadda fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb, 8 nəfər xəsarət alıb

Qəzaya səbəb kimi mikroavtobusun sükanında yaranmış problem göstərilir.
Sputnik
BAKI, 11 may - Sputnik. Cəlilabad rayonunda yol qəzasında yaralanan şəxslər kartof sahəsindən qayıdan fəhlələr olub.
"Report"un məlumatına görə, "QAZel" markalı mikroavtobusun sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb.
Hadisədə 8 nəfər xəstəxanaya müraciət edib. Yaralılar fərdi maşınlar və təcili tibbi yardım avtomobilləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Qəzaya səbəb kimi mikroavtobusun sükanında yaranmış problem göstərilir.