SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Blinken Mişellə Cənubi Qafqazda sülhü müzakirə etdi

ABŞ dövlət katibi Entoni Blinken sosial media hesabında yazıb ki, Cənubi Qafqaz sülhünü və transatlantik tərəfdaşlığını dərinləşdirməyi müzakirə etmək əladır.
Sputnik
BAKI, 11 may — Sputnik. ABŞ dövlət katibi Entoni Blinken Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə Cənubi Qafqazda sülhü müzakirə edib.
Bu barədə Entoni Blinken tviter paylaşımında bildirib:
"Aİ Şurasının Prezidenti Şarl Mişellə bu gün Ukrayna üçün dəstəyi, Cənubi Qafqaz sülhünü və bizim transatlantik tərəfdaşlığımızı dərinləşdirməyi müzakirə etmək əladır", - Blinken qeyd edib.
Xatırladaq ki, "Financial Times" yazıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin köməyi ilə danışıqlar aparacaqlar.
Adının açıqlanmasını istəməyən diplomatlardan biri Brüsseldəki görüşün mühüm irəliləyiş əlaməti olduğunu bildirib və əlavə edib ki, Aİ və ABŞ-ın səyləri bir-birini tamamlayır.
İyunun 1-də Moldovada keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Əliyev, Paşinyan və Mişel Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronla da görüşməyi planlaşdırır.