Mətbuat mərkəzi

Azərbaycan hotel və restoranları yay mövsümünün açılışına nə dərəcədə hazırdır?

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bu barədə məlumat verəcək.
Sputnik
Bakıda və Azərbaycanın regionlarında restoran və hotellər yay mövsümünə fəal şəkildə hazırlaşır. Bu il ölkəyə gələn turistlərin sayının xeyli artacağı gözlənilir.
Bununla bağlı artıq ölkənin müxtəlif bölgələrində ziyarətçilərin tələbkar zövqlərinə uyğun olaraq müvafiq infrastrukturun hazırlanması istiqamətində fəal işlər görülür. Turoperatorlar və restorançılar yeni xidmət növləri təklif edirlər.
Bu prosesin gedişatı haqqında mayın 11-də saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi məlumat verəcək.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.