DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Ukraynanı "Patriot" sistemləri ilə təmin etməklə strateji səhvə yol verib

"Patriot" sisteminin radarının işləməsi nəticəsində onun harada olduğu, yeri müəyyənləşdirilir ki, bu da onu Rusiyanın zərbələri endirməsi üçün asan hədəf halına gətirir.
Sputnik
BAKI, 11 may — Sputnik. Ukrayna döyüşçülərinə verilən "Patriot" hava hücumundan müdafiə sistemləri Rusiya Silahlı Qüvvələrinin (RSQ) zərbələri üçün asan hədəfə çevriləcək.
Bunu hərbi analitik Ceff Lamer "The National Interest"də açıqlamasında deyib.
Onun sözlərinə görə, Vaşinqton Ukrayna Silahlı Qüvvələrinə (USQ) "Patriot" sistemlərini verməklə səhvə yol verib. İcmalçı "Patriot"u həssas sistem adlandırıb.
"Patriot" sisteminin radarının işləməsi nəticəsində onun harada olduğu, yeri müəyyənləşdirilir ki, bu da onu Rusiyanın zərbələri endirməsi üçün asan bir hədəf halına gətirir", - deyə Lamer izah edib.
Analitik vurğulayıb ki, "Patriot" Ukrayna Silahlı Qüvvələrinin obyektlərini qorumaq üçün universal vasitə ola bilməz, üstəlik, bu sistem digər hava hücumundan müdafiə sistemləri olmadan tam istifadə oluna bilməz.
Bu yaxınlarda ABŞ-ın hərbi ekspertləri Rusiyanın Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım çərçivəsində təhvil verilən Amerikanın HIMARS reaktiv yaylım atəş sistemlərini necə məhv etməyi bacardığını başa düşə bilməyiblər.