BAKI, 10 may — Sputnik. Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür.
Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qeyd edək ki, bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günü, onun anadan olmasının 100-cü ildönümüdür.
Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il Azərbaycanda "Heydər Əliyev İli" elan edilib.