BAKI, 10 may - Sputnik. Rəsmi İrəvan tərəfindən ictimai şəkildə KTMT-nin ünvanına tənqidləri qeyri-məhsuldar hesab edirik.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Düzünü desək, Ermənistan rəhbərliyinin təşkilatın səmərəliliyini onun özündən kənarda müzakirə etmək səyləri çaşqınlıq yaradır. KTMT əməkdaşlığın qurulması ilə bağlı bütün lazımi formatlara malikdir. Ən başlıcası isə bu təşkilatın, strukturun iştirakçıları nəinki bunları dinləməyə, bu istiqamətdə işləməyə də hazırdırlar", - Zaxarova deyib.
O əlavə edib ki, Rusiya XİN mayın 4-də Praqada Ermənistan rəhbərliyinin Avropa İttifaqının missiyasına verdiyi qiyməti də qeydə alıb.
"Ermənistanın Baş naziri qeyd edib ki, Aİ-nin missiyasının dəvət edilməsi qərarı asan qəbul olunmayıb. Belə ki, missiya təhlükəsizlik zəmanəti vermir və çağırışlar yarada bilər. Onda sual olunur, bəlkə Aİ və KTMT-dən yüksək gözləntilər mövcud reallığı nəzərə almır?”, - Rusiya XİN-in sözçüsü vurğulayıb.
Zaxarova Rusiyanın rəsmi İrəvandan KTMT missiyasının Ermənistan ərazisində yerləşdirilməsi ilə bağlı təşəbbüslü addımlar gözlədiyini söyləyib: “Bu işə başlamağa hazırıq. Bunu dəfələrlə bəyan etmişik. İrəvanda da bunu yaxşı bilirlər”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.