SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik - Prezident

Prezident İlham Əliyev deyib ki, ərazi bütövlüyümüzü bərpa etdik, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, mülki missiyamızı da şərəflə yerinə yetirəcəyik.
Sputnik
BAKI, 10 may — Sputnik. "Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik".
Bu barədə Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində bildirib.
"Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı - bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik", - deyə dövlətimizin başçısı qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Heydər Əliyev ili
Azərbaycan Prezidenti: Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır