BAKI, 10 may — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin siyasi müdrikliyini və onun nöqteyi-nəzərini yüksək qiymətləndirib.
Bunu Kremlin sözçüsü Dmitri Peskov Rusiya mediasına müsahibəsində deyib. Onun sözlərinə görə, Rusiya liderinin mayın 10-da anadan olmasının 100 illiyi tamam olan Əliyevlə isti münasibətləri olub.
Prezident Putinin Heydər Əliyevlə çox isti münasibətləri olub. O, həqiqətən də Əliyevə çox hörmət edirdi. Onlar dəfələrlə ünsiyyət qurublar. Təbii ki, hazırkı ikitərəfli Rusiya-Azərbaycan münasibətlərinin möhkəm əsasları məhz o zaman qoyulub.
Prezident, İlham Heydəroviçlə də eyni münasibəti davam etdirir. Bugünkü vəziyyətimizin təməli artıq o zaman qoyulmuşdu. Təbii ki, Heydər Əliyevin ümumi tariximizdə, Sovet İttifaqının tarixində oynadığı rolu dəyərləndirmək heç də asan deyil. O, həqiqətən də nəhəngdir ", - deyə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi vurğulayıb.
Qeyd edək ki, bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günü, onun anadan olmasının 100-cü ildönümüdür.
Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il Azərbaycanda "Heydər Əliyev İli" elan edilib.