BAKI, 10 may — Sputnik. Azərbaycanın ümummilli lideri Heydər Əliyev düz 100 il əvvəl - 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub.
O, xasiyyəti və şəxsi keyfiyyətləri sayəsində Azərbaycanın, daha sonra isə SSRİ-nin siyasi Olimp zirvəsinə doğru çətin bir yol keçərək nəticədə beynəlxalq siyasi arenaya çıxıb və dünya siyasətinin nüfuzlu şəxsinə çevrilib.
Ümummilli lider sovet dövründə respublikanın iqtisadiyyatını köklü şəkildə dəyişdirə, onu müasir texnologiyalarla təchiz olunmuş sənaye ölkəsinə çevirə bilib. Bundan əlavə, o, hakimiyyəti dövründə Azərbaycan kəndlərini dirçəltməyi, əhalinin sosial rifahını, təhsil səviyyəsini yüksəltməyi qarşısına vəzifə kimi qoyub. O, Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi və Azərbaycan SSR-in rəhbəri kimi bu layihələrin uğurla həyata keçirilməsinə nail olub ki, bu da Azərbaycanı keçmiş Sovet İttifaqının qabaqcıl respublikalarından birinə çevirib.
Sputnik Azərbaycan Cəbiş müəllim layihəsinin buraxılışında izləyicilərinə ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafına - kənd təsərrüfatı, sənaye, təhsil, mədəniyyət sahələrinə verdiyi töhfədən, o cümlədən, onun SSRİ-nin dağılmasından sonra müstəqillik əldə etmiş respublikaya necə rəhbərlik etməsindən bəhs edir.