DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan Türkiyədə yeni konstitusiyanın hazırlanacağını açıqlayıb

O bildirib ki, seçkilərdən sonra bu məsələ Türkiyə Böyük Millət Məclisində müzakirə olunacaq.
Sputnik
BAKI, 10 may — Sputnik. Türkiyədə yeni konstitusiya hazırlana bilər.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, onun hökuməti bu məsələni yenidən gündəmə gətirmək niyyətindədir: "Biz hamımız məhkəmə sistemimizin terror təşkilatlarına qarşı apardığı mübarizənin şahidiyik. Türkiyə üçün milli iradə ilə hazırlanmış güclü bir konstitusiya hazırlamaq istəyirik. Bununla bağlı məhkəmə nümayəndələrimizdən töhfə gözləyirik".
O bildirib ki, seçkilərdən sonra bu məsələ Türkiyə Böyük Millət Məclisində müzakirə olunacaq: "Türkiyə Cümhuriyyətinin yaradılmasının yüzüncü ildönümündə ən önəmli hədəflərindən biri bu olacaq".
Ərdoğanın sözlərinə görə, yeni konstitusiya xüsusilə məhkəmə qurumlarının fəaliyyəti ilə bağlı müddəları ehtiva edəcək.