İQTİSADİYYAT

Azərbaycanda inflyasiyanın son həddi açıqlandı

Aprel ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarının istehlak qiymətləri əvvəlki aya nisbətən 0,3 faiz, əvvəlki ilin aprel ayına nisbətən 15,1 faiz bahalaşıb.
Sputnik
BAKI, 10 may — Sputnik. 2023-cü ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-aprel aylarına nisbətən 113,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 116,6 faiz, qeyri-ərzaq məhsulları üzrə 111,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,7 faiz təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin aprel ayına nisbətən 112,8 faiz təşkil edib.
2023-cü ilin aprel ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin aprel ayına nisbətən 115,1 faiz olub.
Qeyd edək ki, 2023-cü ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-mart aylarına nisbətən 113,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 112,0 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,6 faiz təşkil edib.
2023-cü ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 faiz, əvvəlki ilin mart ayına nisbətən 113,6 faiz təşkil edib.
2023-cü ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,3 faiz, əvvəlki ilin mart ayına nisbətən 116,8 faiz olub.