BAKI, 10 may — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko həmkarı İlham Əliyevi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təbrik edib.
"Mən möhtərəm Heydər Əliyevi - bənzərsiz şəxsiyyət, böyük siyasətçi, müasir Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyevi şəxsən tanımaq imkanı əldə etdim. Ondan siyasi müdriklik, dözümlülük, həqiqətən də strateji düşüncə tərzini məmnuniyyətlə öyrəndim", - Belarus prezidentinin təbrik məktubunda deyilir.
Qeyd edək ki, bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günü, onun anadan olmasının 100-cü ildönümüdür.
Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il Azərbaycanda "Heydər Əliyev İli" elan edilib.