"Nasizm üzərində qələbənin ildönümündə irqçilik, nasizm, faşizm kimi beynəlxalq sülh və təhlükəsizliyə hədə törədən təhlükəli ideologiyalara bəraət qazandırılması, onları dəstəkləyənlərin qəhrəmanlaşdırılması cəhdlərini qətiyyətlə pisləyir, bir daha bütün dünyanı sarsıdan, kütləvi insan tələfatı və dağıntılarla nəticələnən müharibə təhlükələri ilə üzləşməmək naminə beynəlxalq ictimaiyyəti bu kimi tendensiyaların aradan qaldırılması istiqamətində əməkdaşlığa çağırırıq", - deyə sənəddə vurğulanır.
"Arxa cəbhədə xalqımızın fədakar əməyi, Qələbə naminə tam səfərbərliyi ön cəbhədə döyüşən orduya dəstəyin göstərilməsində, o cümlədən müharibədə qələbə qazanılmasında müstəsna əhəmiyyətə malik olub".
"Tarix boyu vətənini, suverenliyini və ərazi bütövlüyünü qorumaq naminə bütün fədakarlıqlara hazır olan xalqımızın müasir tarixi də parlaq qələbələrlə, xüsusilə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun qazandığı Şanlı Zəfərlə əlamətdardır".