AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident Ulu Öndərin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar paylaşım edib

Azərbaycanın ümummilli lideri, Ulu Öndər Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub.
Sputnik
BAKI, 9 may - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar rəsmi tviter səhifəsində paylaşım edib.
Qeyd edək ki, mayın 10-u Azərbaycanın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin doğum günü, onun anadan olmasının 100-cü ildönümüdür.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub.
Ümummilli lider, Prezident Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıdakı Fəxri xiyabanda dəfn olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.