BAKI, 9 may - Sputnik. Nikaraquada avtobusun arı pətəklərinin olduğu dərəyə aşması nəticəsində 6 nəfər ölüb, ən azı 17 nəfər yaralanıb. RİA Novosti yerli TN8 telekanalına istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, bazar ertəsi Jinoteqa departamentindəki San Sebastyan de Yali şəhərində avtobus idarəetməni itirərək arı pətəklərinin olduğu dərəyə aşıb.
TN8-in xəbərinə görə, bunlar ölkənin bu hissəsindəki qəhvə plantasiyalarında yerləşən arı pətəkləri olub.
“Bu, ictimai nəqliyyat avtobusu idi... aşıb arı pətəklərinin olduğu dərəyə düşüb və sərnişinlər... bu təhlükəli həşəratların hücumuna məruz qalıblar... Hazırda 8 yaşlı qız da daxil olmaqla azı 6 nəfərin öldüyü güman edilir”, - deyə məlumatda bildirilir.
Telekanalın məlumatına görə, avtobusda təxminən 25 nəfər olub. Ən azı 17 nəfər xəstəxanaya yerləşdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.