BAKI, 9 may - Sputnik. Mayın 9-da Latviyada sökülən sovet abidələrinin yerləşdiyi yerə gül dəstələri düzən və ölkədə "qadağan olunmuş" simvolları nümayiş etdirən 6 nəfər saxlanılıb. Bu barədə RİA Novosti latviya polisinə istinadən xəbər yayıb.
"Mayın 9-u ilə əlaqədar indiyədək 6 nəfər saxlanılıb. Doqquz inzibati xəta, bir cinayət işi açılıb", - deyə polisin saytında bildirilir.
Qeyd olunur ki, doqquz araşdırmadan altısı Riqa vilayətində, ikisi Latqaledə, biri isə Zemqaledə fəaliyyətə başlayıb.
Polisin məlumatına görə, proseslərin əksəriyyəti sökülmüş sovet abidələrinin yerləşdiyi yerə gül dəstələri qoyulması və Latviyada qadağan olunmuş simvolların nümayişi ilə bağlı başladılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.