BAKI, 9 may - Sputnik. Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümünün qeyd olunduğu gün veteranlar, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və ictimaiyyətin nümayəndələri Bakının Nərimanov rayonundakı Hərbi Şöhrət Memorialına toplaşıblar.
Onlar faşizm üzərində Qələbə uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.
MDB ölkələrinin səfirləri abidənin önünə əklil və gül dəstələri qoyublar.
Tədbirdə çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov qeyd edib ki, Qələbə Günü bir çox xalqların birliyinin təntənəsidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.