FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Rusiyada Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümü tədbirləri - fotolarda

Moskvanın Qızıl Meydanında 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümü şərəfinə hərbi parad keçirilib.
Sputnik
1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümünə həsr olunmuş parad “Müqəddəs müharibə” mahnısının sədaları altında meydana Rusiya Federasiyasının dövlət bayrağının və Qələbə bayrağının – 150-ci piyada İdritsa diviziyasının döyüş bayrağının təqdim edilməsi ilə başlayıb.
Parada Quru Qoşunların baş komandanı, ordu generalı Oleq Salyukov rəhbərlik edir, parada Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu rəhbərlik edib.
Rusiya Federasiyasının Prezidenti, Ali Baş Komandan Vladimir Putin mərkəzi tribunadan paradı izləyib. Paradda həmçinin Belarus, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Ermənistan və Qazaxıstan liderləri də olub.
Rusiya Prezidenti Vladimir Putin Qələbə Paradında çıxış edib. Parad hərbi texnika kolonnasının keçidi ilə başa çatıb.
Bu il mexanikləşdirilmiş kolonna, nəqliyyat vasitələrinin keçidini açan T-34 tankı istisna olmaqla, əsasən təkərli nəqliyyat vasitələri ilə təmsil olunub:
Müxtəlif zirehli texnikalar, S-400 hava hücumundan müdafiə sisteminin buraxılış qurğuları, BTR-82A zirehli personal daşıyıcıları, “İsgəndər-M” əməliyyat-taktiki raket sisteminin buraxılış qurğuları, səkkiz oxlu traktorlarda Yars mobil yerüstü raket sistemləri, həmçinin yeni ”Bumeranq" zirehli maşını.
1 / 18

Hərbçilər Yujno-Saxalinskdəki Şöhrət Meydanında Cənubi Saxalinin azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidə kompleksində Əbədi məşəl önünə əklil və gül dəstələri qoyma mərasimində.

2 / 18

İkinci Dünya Müharibəsinin başa çatmasının 78-ci ildönümününə həsr olunmuş Qələbə Günü hərbi paradından əvvəl insanlar.

3 / 18

Yujno-Saxalinskdəki Qələbə meydanında Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümünə həsr olunmuş hərbi paradın iştirakçıları.

4 / 18

Qadın Yujno-Saxalinskdəki Qələbə meydanında Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümünə həsr olunmuş hərbi paradı izləyir.

5 / 18

Uşaqlar 2023-cü il mayın 8-də, İkinci Dünya Müharibəsinin başa çatmasının 78-ci ildönümü ərəfəsində Moskvanın Manejnaya meydanında vətənpərvərlik mahnısı oxuyurlar.

6 / 18

Vladivostokda Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümünə həsr olunmuş hərbi paradda tamaşaçılar.

7 / 18

Mərkəz Hərbi Dairə komandirinin hərbi-siyasi məsələlər üzrə müavini general-mayor Rüstəm Minnekayev Yekaterinburqda Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümünə həsr olunmuş hərbi paradda.

8 / 18

Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümünə həsr olunmuş parad başlamazdan əvvəl hərbçilər.

9 / 18

Novosibirskdə Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümünə həsr olunmuş hərbi paradda “Yunarmiya” ictimai vətənpərvərlik hərəkatının təntənəli heyəti.

10 / 18

Rusiya əsgərləri İkinci Dünya Müharibəsinin başa çatmasının 78-ci ildönümünə həsr olunmuş hərbi paradında iştirak etmək üçün Qızıд Meydana doğru yürüş edir.

11 / 18

Rusiya Prezidenti Vladimir Putin, Qırğızıstan Prezidenti Sadır Japarov (solda), Özbəkistan Prezidenti Şavkat Mirziyoyev (soldan üçüncü) və Tacikistan Prezidenti Emoməli Rəhmon (sağda) Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümünə həsr olunmuş paraddan sonra.

12 / 18

Moskvada Qızıl Meydanda Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümünə həsr olunmuş hərbi paradda T-34 tankı.

13 / 18

Qızıl Meydanda Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümünə həsr olunmuş parad.

14 / 18

Kazan şəhərinin Minilliyi meydanında Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümünə həsr olunmuş hərbi paradda yaradıcı kollektivlərin çıxışı.

15 / 18

Hərbçi öz ailəsi ilə birlikdəYakutskda Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümünə həsr olunmuş hərbi parada baxır.

16 / 18

Fəxri qarovul zabiti Qələbə günü ərəfəsində, İkinci Dünya Müharibəsi illərində Leninqrad mühasirəsinin qurbanlarının çoxunun dəfn olunduğu Piskaryovskoye qəbiristanlığında qələbənin 78-ci ildönümünü qeyd etmək üçün gül və əklil qoyma mərasimi zamanı baş geyimini düzəldir.

17 / 18

Rusiya əsgərləri İkinci Dünya Müharibəsinin başa çatmasının 78-ci ildönümünə həsr olunmuş hərbi paradda iştirak etmək üçün Qızıl Meydana doğru yürüş edir.

18 / 18

Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov, Tacikistan prezidenti Emoməli Rəhmon və Ermənistanın baş naziri Nikol Paşinyan Aleksandr bağında naməlum əsgərin məzarındakı Əbədi məşəl önünə gül qoyma mərasimində.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.