BAKI, 8 may — Sputnik. Terror Cinayətləri İstintaq Bürosunun Təhlükəsizlik Baş İdarəsinin KİBER Şöbəsi tərəfindən İnqilabçı Xalq Azadlıq Cəbhəsi təşkilatının kiber qrupu ilə bağlı araşdırma aparılıb.
Araşdırma nəticəsində qeyri-qanuni təşkilat olan "RedHack" (Red Hackers Association R.H.A.) və "Qırmızı Hakerlər" təşkilatında fəaliyyət göstərən 42 şübhəli şəxs saxlanılıb.
Təşkilat üzvləri tərəfindən saxta ad və hesablardan istifadə edərək Zone-H (zone-h.org) internet saytı ilə icazəsiz daxilolma cəhdləri etdikləri və on min on yeddi internet saytına icazəsiz müdaxilə etdikləri müəyyən edilib. Bu internet saytlarından 450-nin Türkiyənin dövlət qurum və təşkilatlarına aid olduğu müəyyənləşib.
Bildirilib ki, kiber hücum qrupları dövlət qurum və təşkilatlarının internet saytlarına icazəsiz girişi təmin etməklə dövlət təhlükəsizliyinə dair məlumatları əldə etmək və ya qismən zərər vurmaq niyyəti ilə fəaliyyət göstərirlər.
Bildirilir ki, şübhəlilər qanunla cinayət hesab edilən əməlləri törətmək niyyəti ilə cinayət qruplaşması yaradıblar. Təşkilatın strukturu, üzvlərinin sayı, alət və avadanlıqlarının nəzərdə tutulan cinayətləri törətməyə yararlı olması, təşkilat üzvlərinin iyerarxik quruluşa uyğun olaraq komandanlıq zənciri daxilində hərəkət etdiyi müəyyən edilib.
İstintaq çərçivəsində saxlanılan 42 şübhəlidən 33-ü Ankara mərkəzli 19 bölgədə keçirilən əməliyyatlarda saxlanılıb.
"Kaspersky Lab" ekspertləri qeyd edirlər ki, bu il ən çox kiberhücumlar geosiyasi münaqişələrin baş verdiyi regionlarda, o cümlədən Yaxın Şərqdə olub. Ölkələr arasında Türkiyəni də qeyd edirlər.
Şirkətin mütəxəssisləri bu ölkədə çoxlu fişinq hücumlarını qeydə alırlar, o zaman fırıldaqçılar istifadəçini onun maliyyə məlumatlarını oğurlamaq üçün linkə keçid etməyə və onu izləməyə inandırmağa çalışırlar.