BAKI, 8 may — Sputnik. "Bu gün ölkəmizdə dilənçiliyin forması dəyişib, yəni formanın özü bir qədər yaxşılaşıb".
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O deyib ki, əvvəl dilənçilər insana yaxınlaşıb pul istəyirdilərsə, indi əllərində salfet tutub 10 qəpiyə satırlar.
"Həmin məbləğə sənə salfet təqdim edir və qarşılığında pulunu istəyir. Bu, bir qədər dilənçiliyin fərqli yanaşmasıdır. Başqa bir növ isə maşın sürərkən müxtəlif istiqamətlərdən uşaqlar anidən hücuma keçirlər və şüşələri təmizləməyə başlayırlar və s. Bu da təhlükəsizlik baxımından müəyyən problemlər yaradır".