BAKI, 8 may — Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Şuşa yolundan paylaşım edib.
Paylaşımda deyilir: "Viaduklar, tunellər — Şuşa yolunun yeni görkəmi. 08.05.2023".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 8-də Şuşaya səfər ediblər.
Dövlət başçısı və birinci xanım Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolunun 66-81-ci kilometrliyində görülən işlərlə tanış olublar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində Zarıslıçay nasos stansiyasının açılışında iştirak ediblər.