DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin XİN: Vaşinqton Pekinlə münasibətlərdə müsbət impulsu pozub

Çinin xarici işlər naziri həmçinin Vaşinqtonu Tayvanda separatizmi dəstəkləməyi dayandırmağa çağırıb.
Sputnik
BAKI, 8 may — Sputnik. Çinin xarici işlər naziri Cin Qan, ABŞ-ın Balidə danışıqlar zamanı iki ölkə başçılarının Çinlə münasibətlərdə əldə etdiyi müsbət impulsu pozduğunu bildirib.
Bu barədə RİA Novosti Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir.
"Amerika tərəfinin bir sıra yanlış hərəkətləri və açıqlamaları ikitərəfli münasibətlərdə çətinliklə əldə edilən müsbət impulsu pozub", - deyə Çin diplomatı bildirib.
Onun sözlərinə görə, iki ölkənin münasibətləri "yenidən buza toqquşub".
Həmçinin Çinin xarici işlər naziri Vaşinqtonu Tayvanda separatizmi dəstəkləməyi dayandırmağa çağırıb.
Bu yaxınlarda Çinin sabiq xarici işlər naziri Van İ bildirib ki, Çin-ABŞ münasibətləri arasında çətinliklər və problemlər var.