SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Ermənistan liderləri mayın 14-də görüşəcək - KİV

Adının açıqlanmasını istəməyən diplomatlardan biri Brüsseldəki görüşün mühüm irəliləyiş əlaməti olduğunu bildirib və əlavə edib ki, Aİ və ABŞ-ın səyləri bir-birini tamamlayır.
Sputnik
BAKI, 8 may — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin köməyi ilə danışıqlar aparacaqlar. Bu barədə "Financial Times" yazıb.
"Avropa Şurasının prezidenti Şarl Mişel mayın 14-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş təşkil edəcək", - deyə "Financial Times"a hazırlıqlardan xəbəri olan üç diplomat bildirib.
Adının açıqlanmasını istəməyən diplomatlardan biri Brüsseldəki görüşün mühüm irəliləyiş əlaməti olduğunu bildirib və əlavə edib ki, Aİ və ABŞ-ın səyləri bir-birini tamamlayır.
İyunun 1-də Moldovada keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Əliyev, Paşinyan və Mişel Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makronla da görüşməyi planlaşdırır.