BAKI, 7 may - Sputnik. Polşa Rusiyanı fəlakətli nəticələrə gətirib çıxaracaq hərbi qarşıdurmaya hər cür təhrik edir.
Bu barədə "Deutsche Wirtschafts Nachrichten"in icmalçısı Ronald Barazon yazıb.
"Qəddar rusiyalıları məhv edəcək güclü bir NATO dayısının xəyalı tez bir zamanda puç olacaq", -məqalədə deyilir.
Jurnalist vurğulayıb ki, yeni dünya müharibəsi milyonlarla insanın ölümünə, şəhərlərin dağıdılmasına, əksər ərazilərin yaşayış üçün yararsız hala düşməsinə səbəb olacaq.
"Bu, müharibənin təhrikçisi olmaq Polşaya zəfər gətirməyəcək", - deyə Barazon bildirib.
İcmalçı jurnalist əlavə edib ki, Qərb liderləri Ukrayna münaqişəsindəki hadisələrin gedişatına nəzarət etdiklərinə inandıqları üçün yanılırlar.
"KP.RU" saytı yazıb ki, mayın 1-də Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın sabiq müşaviri Oleq Soskin Polşanın Rusiya ilə birbaşa qarşıdurmaya təhrik etdiyini söyləyib. O qeyd edib ki, Polşa hərbi səylərin artırılması istiqamətində irəliləyir.