RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Kiyev əks-hücumun Qərbin gözləntilərini doğrultmayacağından qorxur

Qərbin uzaqmənzilli silahlarının və qırıcılarının olmaması səbəbindən Ukrayna Silahlı Qüvvələri üçün tapşırıqlar çətinləşir.
Sputnik
BAKI, 7 may - Sputnik. Ukrayna hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin (USQ) əks-hücumunun Qərbin gözləntilərini doğrultmayacağından qorxur.
Bu barədə "Washington Post"un icmalçıları qeyd ebiblər.
Məqalə müəllifləri bildiriblər ki, Ukrayna rəhbərliyi USQ-nin əks hücumundan "ümidləri azaltmağa" çalışır.
"Dünyada bizim əks-hücum kampaniyamızdan gözləntilər həddən artıq qiymətləndirilib", - deyə Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Reznikovun sözləri məqalədə yer alıb.
Nəşrdə qeyd olunub ki, xüsusilə, Qərbin uzaqmənzilli silahlarının və qırıcılarının olmaması səbəbindən USQ üçün tapşırıqlar çətinləşir.
Bu yaxınlarda Zelenski səmadakı məğlubiyyətdən şikayətlənib.
Jurnalistlərin fikrincə, ukraynalıların uğursuzluğu onların Qərbdən olan dəstəyini sarsıda bilər və bu səbəbdən də "Kiyev növbəti hərbi yardımı itirmək riski daşıyır".
"KP.RU" saytı yazıb ki, Zelenski martın 24-də Ukraynanın maraqları naminə müəyyən qərarların qəbul edilməsində gecikmələrdən narazılığını bildirib.