HADİSƏ

Gədəbəydə avtomobil qəzasında sürücü ölüb

Faktla bağlı araşdırma aparılır.
Sputnik
BAKI, 7 may - Sputnik. Gədəbəy rayon Düzyurd kəndində "VAZ-2121" markalı avtomobil maneə çırpılıb, ölən və xəsarət alan var.
"Report"un məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı, 1945-ci il təvəllüdlü Əmrah Göycə oğlu İsrafilov aldığı ağır xəsarətlərdən ölüb.
Avtomobildə sərnişini qismində ola həyat yoldaşı 1948-ci il təvəllüdlü Zərqələm İsrafilov isə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.