BAKI, 7 may - Sputnik. Çinin şimalındakı Tianjin şəhərindəki Nankay Universitetinin mütəxəssisləri insan olmayan primatların beyninə elektron kompüteri qoşmaq üçün uğurlu müdaxilə həyata keçiriblər. Bu barədə TASS Sinxua-ya istinadən xəbər yayıb.
Məlumatda bildirilir ki, təcrübə nəticəsində əldə olunmuş beyin-kompüter interfeysi sayəsində alimlər mexaniki əli idarə etməyə imkan verən sinir sisteminin mərkəzi hissəsinin ritmlərini təsbit ediblər.
Tədqiqat qrupunun rəhbəri Duan Feng təcrübənin beyin haqqında elmin inkişafı üçün vacib olduğunu bildirib.
O, ənənəvi invaziv və atravmatik üsullardan fərqli olaraq, Nankay Universitetinin həyata keçirdiyi müdaxilə əməliyyatı "tanınma prosesinin sabitliyini və təhlükəsizliyini tarazlamağa imkan verib".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.