DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çe Gevaranı ələ keçirmiş Boliviya generalı ölüb

1997-ci ildə Çe Gevaranın külü Boliviyadan Kubaya daşınaraq Santa Klara şəhərindəki məqbərədə təntənəli şəkildə dəfn edilib.
Sputnik
BAKI, 7 may - Sputnik. İnqilabçı Ernesto Çe Gevaranın tutulmasına səbəb olan əməliyyata rəhbərlik edən boliviyalı general Qari Prado Salmon vəfat edib.
Hərbçinin oğlu Qari Prado Twitter-də yazıb: “Tanrı atam general Qari Aqusto Prado Salmonu çağırdı... O, qeyri-adi insan idi”.
Latın Amerikası inqilabçısı Çe Gevara partizan hərəkatı təşkil etmək üçün 1966-cı ilin noyabrında Boliviyaya gəldi. 1967-ci il oktyabrın 8-də onun dəstəsi ölkənin cənub-şərqindəki El Yuro dərəsində pusquya düşür. Ertəsi gün qısamüddətli döyüşdən sonra yaralı Çe Gevara əsir düşdü və boliviyalı serjant Mario Teran komandiri güllələdi. Boliviya hərbi rəhbərliyinin və Mərkəzi Kəşfiyyat İdarəsinin göstərişi ilə Çe Gevaranın üzündən mum maskası çıxarılıb və barmaq izlərini müəyyən etmək üçün əlləri kəsilib.
1997-ci ildə Çe Gevaranın külü Boliviyadan Kubaya daşınaraq Santa Klara şəhərindəki məqbərədə təntənəli şəkildə dəfn edilib.