BAKI, 6 may - Sputnik. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Rusiya Federasiyasında keçirilən tədbirlərdə iştirak etmək üçün Milli Məclisin deputatları Mixail Zabelin və Rauf Əliyev mayın 8-də bu ölkənin Həştərxan şəhərində səfərdə olacaqlar.
Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, yubiley tədbirlərində Ulu Öndər, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunacaq, onun Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda xidmətləri qeyd ediləcək, ölkəmizin hərtərəfli tərəqqisi naminə gördüyü işlərdən danışılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.