BAKI, 6 may — Sputnik. BMT-də vəziyyətin necə dəyişməsindən asılı olmayaraq, təşkilat qorunub saxlanılmalıdır.
Bunu "RİA Novosti" agentliyinə müsahibəsində Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
Son illərdə qərargahda nələrin dəyişdiyinə dair suala cavab verən daimi nümayəndə deyib: "BMT-də əlbəttə ki, atmosferin özü, dəyişib".
"Əvvəllər, 90-cı illərdə, mənə elə gəlir ki, qərarların razılaşdırılması prosesinin kollektiv xarakter daşıması mənasında daha çox çoxtərəflilik var idi. Hazırda vəziyyət dəyişib. BMT-nin dövlətlərarası əsaslarını ləkələmək cəhdləri var. Çünki BMT QHT deyil, dövlətlərarası təşkilatdır. Əlbəttə, onların rəyi də nəzərə alınmalıdır, eyni zamanda BMT-də qərarların dövlət tərəfindən verildiyini unutmaq olmaz", - deyə daimi nümayəndə bildirib.
Onun fikrincə, "qərarların qəbulu qaydası, danışıqlar ruhunun özü dəyişib".
"Düşünürəm ki, nə kimi dəyişikliklər olsa da, təşkilatı qoruyub saxlamalıyıq", - deyə Nebenzya vurğulayıb.