DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Moldovada sovet dövründəki repressiyalarla bağlı sənədlərin məxfiliyi ləğv olunacaq

Əvvəllər məxfiləşdirilmiş 2000-dən çox sənəd inmilli arxivlərə veriləcəyi bildirilir.
Sputnik
BAKI, 6 may - Sputnik. Moldovanın təhlükəsizlik xidməti sovet dövründə ölkə ərazisində repressiyalara dair sənədlərin məxfiliyinin ləğvi ilə bağlı qərar verib. Bu barədə Azərtac Moldovanın təhlükəsizlik xidmətinə istinadən xəbər yayıb.
Bildirilib ki, Moldova təhlükəsizlik xidməti SSR-nin mövcud olduğu dövrdə sovet totalitar rejiminin törətdiyi vəhşilikləri qətiyyətlə pisləyir:

“İnsan hüquqlarının kobud şəkildə pozulması haqqında məlumat geniş ictimaiyyətə açıq olacaq”.

Qeyd olunub ki, əvvəllər məxfiləşdirilmiş 2000-dən çox sənəd milli arxivlərə veriləcək.
Mikayil Muşfiqin güllələnmə anı
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.