RUSİYA

Dialoq asan olmasa da, nəticə verdi - Moskalkova

Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bildirib ki,Rusiya Ukrayna tərəfinə itkin düşənləri tapmaqda kömək edib, onlar da qarşılığında bunu ediblər.
Sputnik
BAKI, 6 may — Sputnik. Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets ilə dialoq asan olmasa da, nəticə verdi, 30-dan çox itkin düşmüş şəxs tapıldı. Bunu Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bildirib.

"Dialoq asan deyil. Amma, fikrimcə, bu, öz nəticəsini verdi. Ukrayna tərəfinin məlumatı əsasında, biz 30-dan çox itkin düşmüş şəxsi tapdıq, 34 uşaq valideynlərinə və qəyyumlarına qovuşdu. Biz onlara itkin düşənləri tapmaqda kömək etdik, onlar da bizə kömək etdilər", - Moskalkova Birinci Kanala müsahibəsində deyib.

Ombudsman əlavə edib ki, o, ukraynalı həmkarı Dmitri Lubinetslə birlikdə depolitizasiyaya sadiq qalmağa çalışır.
"Mən deyə bilmərəm ki, Ukrayna tərəfində bu həmişə alınır", - Moskalkova aydınlıq gətirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.