BAKI, 6 may - Sputnik. Bakıda keçirilən buraxılış imtahanında üzərində telefon aşkar edildiyi üçün prosesdən kənarlaşdırılan 9-cu sinif şagirdinin sentyabr ayında olacaq imtahanda iştirakına icazə verilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Bakıdakı Zərifə Əliyeva adına Liseyin 9-cu sinif şagirdi Nur Əhmədovanın Apellyasiya komissiyasının qərarına əsasən, üzrlü səbəblərdən buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün mayın 14-də keçiriləcək imtahanda iştirakına icazə verilməyib:
"Lakin onun bu ilin sentyabr ayında keçiriləcək imtahanda iştirakına icazə verilib", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Zərifə Əliyeva adına Liseyin 9-cu sinif şagirdi Nur Əhmədovanın gödəkcəsinin cibində telefon aşkar edildiyi üçün imtahana buraxılmamışdı. Bundan sonra onunla bağlı sosial şəbəkədə və mediada məlumatlar paylaşılıb, anası tərəfindən müraciət yayılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.