BAKI, 5 may - Sputnik. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Ankarada keçirilən Zirvə Toplantısında Ukrayna parlamentinin nümayəndə heyətinin bəzi üzvlərinin Rusiya nümayəndə heyətinin üzvlərinə qarşı təxribat xarakterli hərəkətləri və fiziki hücumları qəbuledilməzdir.
Bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop “Twitter“ hesabında yazıb.
O, bölgədəki problemlərin dialoq əsasında həlli məqsədilə tərəfləri eyni masa arxasında bir araya gətirən QDİƏT-də belə xoşagəlməz və qəbuledilməz hadisənin baş verdiyinə təəssüfləndiyini ifadə edib.
“Türkiyənin əldə etməyə çalışdığı sülh mühitini pozan bu davranışı qınayıram”, - Şentop əlavə edib.