HADİSƏ

Torpaq sürüşməsi oldu, iki ev zərər çəkdi - Video

FHN kənd sakinləri üçün müvəqqəti yaşayış məqsədilə iki ədəd çadır quraraq vətəndaşlara təhvil verib.
Sputnik
BAKI, 5 may — Sputnik. Fövqəladə Hallar Nazirliyinə Siyəzən rayonunun Sədan kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində kənd sakinləri N.Qanbayeva və G.Məlikovanın yaşadıqları fərdi yaşayış evlərinin qəzalı vəziyyətdə olması və yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən evləri təhlükəli vəziyyətə düşmüş Sədan kənd sakinləri üçün müvəqqəti yaşayış məqsədilə iki ədəd çadır qurularaq vətəndaşlara təhvil verilib.
Xatırladaq ki, bir neçə ay öncə Astarada torpaq sürüşməsi baş vermişdi. Sım kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində kənd sakini Xalıqov Xətai Xanoğlan oğluna məxsus ev yaşayış üçün təhlükəli vəziyyətə düşmüşdü.