HƏRBİ

Hava Hücumundan Müdafiə bölmələrində döyüş atışlı təlim keçirilib - VİDEO

Qarşıya qoyulan döyüş tapşırıqları şəxsi heyət tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.
Sputnik
BAKI, 5 may — Sputnik. 2023-cü ilin hazırlıq planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin döyüş atışlı taktiki təlimi keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, praktiki atışlar zamanı şərti düşmənin hava hədəfləri aşkar olunaraq daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilib.
Qarşıya qoyulan döyüş tapşırıqları şəxsi heyət tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.