Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Ermənistan silahlı qüvvələri mühəndis işləri görən traktoru atəşə tutub - MN

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.
Sputnik
BAKI, 5 may — Sputnik. Mayın 5-i saat 12:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində, şərti sərhəddə yerləşən üzbəüz mövqelərimizdə mühəndis işləri görən traktoru atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb", - MN-dən bildirilib.