BAKI, 5 may - Sputnik. Dövlət Gömrük Komitəsinin strukturu dəyişib.
Bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.
Fərmana əsasən, ərazi gömrük idarələri aşağıdakı kimi olacaq:
2.1.1. Bakı Baş Gömrük İdarəsi;
2.1.2. Naxçıvan Baş Gömrük İdarəsi;
2.1.3. Astara Gömrük İdarəsi;
2.1.4. Balakən Gömrük İdarəsi;
2.1.5. Biləsuvar Gömrük İdarəsi;
2.1.6. Gəncə Gömrük İdarəsi;
2.1.7. Xaçmaz Gömrük İdarəsi;
2.1.8. Sumqayıt Gömrük İdarəsi;
2.1.9. Şərqi Zəngəzur Gömrük İdarəsi;
2.1.10. Tovuz Gömrük İdarəsi;”;
Eyni zamanda fərmana əsasən, yeni - Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsi yaradılıb.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.