BAKI, 5 may — Sputnik. Avropa İttifaqı artıq ucuz qloballaşmanın arxasınca getmir. İqtisadiyyatlara dövlət dəstəyi tədbirləri yaxın illərdə artacaq.
Bunu Avropa komissarı Paolo Centiloni bildirib.
"Enerji qiymətlərinə görə ev təsərrüfatlarına dəstək tədbirləri zəruri və qaçılmaz idi, lakin daha məqsədyönlü olmalı idi. Mən başa düşürəm ki, tədricən bu tədbirlər azalır və daha məqsədyönlü olur. Biz bundan başlamalıyıq ki, dövlət müdaxiləsi gələcəkdə daha güclü rol oynayacaq, bu qaçılmazdır", - deyə o, Brüsseldə keçirilən konfransda bəyan edib.
Onun sözlərinə görə, eyni zamanda, yaşıl keçid və rəqəmsallaşma üçün məsuliyyət təkcə dövlət dəstəyinə həvalə edilməməlidir, bu, özəl investisiya tələb edir.
"Yaxın aylarda biz iqtisadiyyatlarımızı milli səviyyədə necə dəstəkləməyimizi və rəqabət qabiliyyətimizi müzakirə etməliyik, çünki artıq ucuz qloballaşma, daha ucuz əmək haqqı və tədarük zəncirləri üçün qaçmırıq. Qloballaşmamızda daha çox sosial ədalət və təhlükəsizliyə ehtiyacımız var. Bu o deməkdir ki, yaxın illərdə dövlət müdaxiləsi əsas olacaq və bunda bizə tarazlıq lazımdır", - deyə çıxışı Avropa Komissiyasının saytında yayımlanan Centiloni bildirib.