SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur, biz sülhə hazırıq - Simonyan

Ermənistan parlamentinin spikeri deyib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ABŞ-da baş tutan danışıqlar ölkələrarası münasibətlərin müsbət səmtdə inkişafına təkan verəcək.
Sputnik
BAKI, 4 may - Sputnik. "Ermənistan Respublikasının Azərbaycana qarşı ərazi iddiası yoxdur. Biz sülh razılaşması əldə etməkdə qərarlıyıq və buna hazırıq. Türkiyəsiz bu bölgədə sülhün bərqərar olması mümkün deyil".
Bunu Ermənistan Parlamentinin sədri Alen Simonyan Ankarada Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla baş tutan görüşdən sonra jurnaliatlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Ermənistan münasibətlərin normallaşması üçün addımlar atmağa hazırdır və bu məsələdə tam səmimidir: "Ermənistan Respublikasının Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur. Biz qətiyyətliyik və sülh sazişi əldə etməyə hazırıq. Regionun ticarətə açılmasında heç bir problem görmürük”.
Simonyan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ABŞ görüşünü müsbət qiymətləndirib
Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkəsinin və Azərbaycanın XİN başçılarının ABŞ-da baş tutan görüşlərini müsbət qiymətləndirib.
Simonyan bu barədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iclasında iştirak etmək üçün Ankaraya səfəri çərçivəsində bildirib.
Erməni spiker qeyd edib ki, bütün münaqişələr sülh danışıqları yolu ilə həll edilməlidir.
Simonyan hər iki XİN rəhbərinə danışıqlar prosesində uğurlar arzu edərək vurğulayıb ki, ABŞ-da Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında baş tutan danışıqlar ölkələrarası münasibətlərin müsbət səmtdə inkişafına təkan verəcək (APA).
Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda danışıqlar bir neçə gündür davam edir. Mayın 1-də nazirlər Dövlət katibi ilə ayrı-ayrılıqda görüşüb, daha sonra onun iştirakı ilə üçtərəfli görüş keçiriblər. Mayın 3-də ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə xarici işlər nazirləri arasında növbəti görüş keçirilib.
Qeyd edək ki, Prezident İlham Əliyev deyib ki, Ermənistan ilə Azərbaycan nazirləri arasında danışıqların növbəti raundunun bu ay Rusiyada keçirilməsi nəzərdə tutulub.
DÜNYA XƏBƏRLƏRİ
Türkiyə və Ermənistanın parlament spikerləri görüşüblər