SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Sahibə Qafarova kral III Karlın tacqoyma mərasimində iştirak edəcək

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld bildirib ki, o Sahibə Qafarovanı Londonda tacqoyma mərasimində qarşılamağı səbirsizliklə gözləyir .
Sputnik
BAKI, 4 may — Sputnik. Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya kralı III Karlın tacqoyma mərasimində iştirak edəcək.
Bunu müsahibəsində Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld deyib.
"Bazar ertəsi xanım Sahibə Qafarova ilə görüşüm oldu. O, sentyabr ayında Kraliça II Elizabetin dəfn mərasimində Azərbaycanı təmsil edib. İndi isə onu şənbə günü Londonda tacqoyma mərasimində qarşılamağı səbirsizliklə gözləyirik", - səfir bildirib.
Xatırladaq ki, kral III Karlın tacqoyma mərasimi mayın 6-da Londondakı Vestminster abbatlığında keçiriləcək. O, Vestminster abbatlığında tacqoyma mərasimi keçirilən 40-cı monarx olacaq. İlk tacqoyma mərasimi 1066-cı ildə baş tutub (Report).