BAKI, 4 may — Sputnik. Kiyev rejimi və onun qərbli sponsorları Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun acı nəticələri ilə üzləşəcək. Rusiya qoşunları istənilən ssenariyə hazırdır.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
"İzvestiya" qəzeti onun sözlərindən sitat gətirib: "Kiyevi müasir Qərb silahları ilə ehtiyatsız və tamamilə məsuliyyətsiz şəkildə təchiz etmək və onun əks-hücum ideyalarını təşviq etmək yalnız qan tökülməsinə və münaqişənin daha da genişlənməsinə səbəb olacaq".
Qaluzin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələri hər şeyə hazırdır, ona görə də Kiyev rejimi və Qərb Ukrayna Silahlı Qüvvələrinin əks-hücumundan heç bir fayda görməyəcək.
Mayın 3-də "Vaqner" özəl hərbi şirkətinin yaradıcısı Yevgeni Priqojin bildirib ki, Ukrayna ordusunun hücumu faktiki olaraq artıq başlayıb, yaxın günlərdə aktiv faza ola bilər.
Qeyd edək ki, "Washington Post" qəzetinin şərhşisi Devid İqneyşes daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin lazımi sursat həcminə və uğurlu hücuma hazırlığa malik olmadığı fikrini bildirmişdi.