BAKI, 4 may — Sputnik. Moskvanın Kremlə pilotsuz təyyarələrin zərbələrinə cavabı bu hücumun Rusiya rəhbərliyi üçün yaratdığı təhdidlərin qiymətləndirilməsinə uyğun olaraq veriləcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Bildiririk ki, Rusiya tərəfi terror aktlarına kobud cəhdlərə qarşı cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Rusiya Kiyevin ölkəmizin rəhbərliyi üçün yaratdığı təhlükənin qiymətləndirilməsinə uyğun olaraq cavab verəcək", - deyə Rusiya XİN-in saytında dərc olunan bəyanatda bildirilir.
"Smolenskaya meydanında baş vermiş hadisənin arxasında, şübhə yoxdur ki, uzun müddətdir və şüurlu şəkildə mülki infrastruktura və mülki əhaliyə qarşı terror üsullarından istifadə edən Kiyev rejimi dayanır", - XİN-dən bildirilib.
Rusiya Xarici İşlər Nazirliyi həmçinin bəyan edib ki, bu cinayət Kremlin Rusiya dövlətinin başçısının iqamətgahı olması və neonasist Ukrayna hakimiyyətinin hərəkətlərinin xüsusi nifrəti ilə daha da ağırlaşır. Bu, Qələbə Günü və 9 May Paradı ərəfəsində Rusiya prezidentinə sui-qəsd cəhdinin edilməsi faktıdir" .
"Bu cür cinayətlər cavabsız qalmamalıdır. Bildiyiniz kimi, Rusiya İstintaq Komitəsi hakimiyyət orqanları əhalini qorxutmaq, ziyan vurmaq və ölümə səbəb olan hərəkətlər faktı üzrə cinayət işi açıb. Bütün günahkarların tapılacağına əminik, onları ağır və qaçılmaz cəza gözləyir", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, mayın 3-də Kremlə dronlarla hücum olub. Rusiya Prezidentinin mətbuat xidməti bu məsələdə Ukraynanı ittiham edib və hadisəni terror aktı kimi qiymətləndirib. Kremldən bildirilib ki, bu, dövlət başçısı Vladimir Putinə sui-qəsd cəhdidir.