SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İrəvanda Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirilir

Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyanın keçirildiyi yeri mühafizə altına alaraq etirazçıların Nazirlər Kabinetinin binasına girişini bağlayıb
Sputnik
BAKI, 4 may — Sputnik. Qarabağın azad edilməsi uğrunda Azərbaycanın apardığı Vətən müharibəsi və sərhəddə baş verən toqquşmalar zamanı ölən erməni hərbçilərinin qohumları Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə Ermənistan hökumətinin binası qarşısında aksiya keçirirlər.
Nikol Paşinyanı qohumlarının ölümündə və silahlı toqquşmalar nəticəsində ərazilərin itirilməsində ittiham edən etirazçılar hökumət başçısının istefasını tələb edir, onu məhkəmə ilə hədələyirlər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyanın keçirildiyi yeri mühafizə altına alaraq etirazçıların Nazirlər Kabinetinin binasına girişini bağlayıb. (AZERTAC)
Xatırladaq ki, ötən ay Ermənistan parlamentinin binası qarşısında Paşinyanın istefasını tələb edən mitinq keçirilib. Həmin aksiyada iştirak edənlər arasında 44 günlük müharibədə həlak olan hərbçilərin valideynləri də olub.