BAKI, 4 may — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Laçın və Qubadlı rayonlarına səfər edib.
Dövlət başçısı Laçın rayonunda Güləbird kənd yaşayış məntəqəsinin təməlini qoyub.
Qubadlı şəhərində isə o, ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın təməlqoyma mərasimində iştirak edib.
Eyni zamanda prezidentin iştirakı ilə Qubadlı rayonunun Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin də təməlləri atılıb.